Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa, Almaniya və Britaniya liderləri İranı BHFP üzrə dialoqa çağırıblar

Fransa, Almaniya və Britaniya liderləri İranı BHFP üzrə dialoqa çağırıblar

Tarix: 13 Yanvar 2020 02:28

Bakı. Trend:

Fransa, Almaniya və Böyük Britaniya liderləri Emmanuel Makron, Angela Merkel və Boris Conson Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) saxlanılmasına sadiq qalırlar və İranı Vyana razılaşmalarına zidd bütün tədbirləri ləğv etməyə çağırırlar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Yelisey Sarayının yaydığı Fransa, Almaniya və Böyük Britaniya liderlərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz Birgə Hərtərəfli Fəaliyyət Planına və onun saxlanılmasına sadiq qalırıq; biz İranı razılaşmaya zidd bütün tədbirləri ləğv etməyə çağırırıq".

Qeyd edilir ki, liderlər bölgədəki sabitliyi qorumaq üçünTehranla dialoqa başlamağa hazırdırlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fransa Almaniya Britaniya liderləri İranı BHFP üzrə dialoqa çağırıblar


RƏYLƏR