Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 07:42
Dünyada minlərlə insan səhər yeməyinə, eləcə də günboyu arıqlamaq və sağlamlıq adına yulaf, yarma sıyığı yeyir. Herkules adlanan bu məhsul hazır qablaşdırma şəklində marketlərdə də çoxdur. Onun qanda şəkəri qaldırdığını isə çox az adam bilir. Bir xanım arıqlamaq məqsədilə yulaf yarması sıyığına keçir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, mədəaltı vəz xəstəliyi - pankreatit diaqnoz olun qadın suda hazırlanan sıyıqlara keçir. O, gün ərzində tez-tez yulaf sıyığı yeyir. 2-3 ay sıyıqla əsasən sıyıqla qidalandıqdan sonra qadın qanında şəkərin qalxdığının şahidi olur.
O, sıyıq və ya qarabaşaq yedikdən sonra qlükometrlə şəkəri ölçür və şəkər 8,8-9-a kimi çatır. 4-5 saat sonra 6-a enirdi. Eləcə də onda taxikardiya, zəiflik yaranmışdı.
Diabet olacağından qorxan qadın sıyıqların ona zərər verdiyini anlayır.
O öyrənir ki, mədəaltı vəzi və insulin hasili üçün sink və xrom kimi mikroelementlər lazımdır. Sıyıqlarda isə əksinə antinutrient var ki, orqanizmdən mineralları yuyub aparır. Qidalanması ilə sink və xrom almadığını görən pasiyent sıyıqları azaldır, sinklə zəngin qidalar yeyir, yumurtanı menyuya daxil edir. Nəticədə qand aşəkər normallaşır, zəiflik, yuxululuq keçib gedir.
Qadın arıqlamaq üçün və mədə, mədəaltı vəz xəstələrinin bütün günü sıyıq yeməyin zərərli olduğuna əmin olub.