Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 08:34
ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Otequsun bəyanatında deyilir.
Bəyanatda deyilir: "Dövlət katibi Mayk Pompeo bu gün Yaxın Şərqdəki hadisələri müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Dövlət katibi M.Pompeo NATO-nun bölgədə daha əhəmiyyətli rol oynamalı olduğunu bir daha bildirib".
M.Pompeo həmçinin ABŞ-ın BMT-nin dəstəyi ilə Suriyada vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiq olduğunu vurğulayıb.