Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni robotlaşdırılmış əl fikrin gücü ilə idarə olunur

Yeni robotlaşdırılmış əl fikrin gücü ilə idarə olunur

Tarix: 13 Yanvar 2020 11:51

"BrainCo" şirkəti Las-Veqasda keçirilən "СES" istehlak elektronikası sərgisi çərçivəsində robotlaşdırılmış protez əlin kommersiya variantını nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, əzələ siqnalları vasitəsilə birbaşa beyin dalğaları ilə işləyən protez qabaqcıl süni intellekt sisteminə malikdir, eləcə də modul konstruksiyası ilə təchiz edilib ki, bu da bahalı təmirdən istifadə etmədən qurğunun ayrı-ayrı hissələrini əvəzləməyə imkan verir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, "ağıllı" alqoritmlər istifadəçi və protezə bir-birindən öyrənməyə şərait yaradır: bir müddət sonra hərəkətlərin daha dəqiq və realistik olacağı gözlənilir ki, bu da işin rahatlığını və effektivliyini artıracaq.

 

"Biz ümid edirik ki, kəşf xəstələrə protezdən öz həqiqi əlləri kimi istifadəyə imkan verəcək", – "BrainCo" şirkətinin prezidenti Maks Nyulon bildirib.

 

Qurğuya nəzarət üçün biləyə quraşdırılan səkkiz çoxkanallı elektromioqrafiya ötürücü şəbəkəsi tətbiq edilib. Şirkət rəhbəri qeyd edib ki, altı jestin proqramlaşdırılması üçün 5-10 dəqiqə tələb olunur. Daha sonra protezin işi vaxt ötdükcə yaxşılaşacaq.

 

Robotlaşdırılmış əl ilin sonunda 10-15 min dollara satışa çıxarılacaq. Qurğunun uşaqlar üçün nəzərdə tutulan versiyası da hazırlanır.

 

Nizam Nuriyev

 




Etiketlər:  Yeni robotlaşdırılmış fikrin gücü ilə idarə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ