Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan gələn şəxs sərhəddən dibçəkdə heroin keçirmək istədi

İrandan gələn şəxs sərhəddən dibçəkdə heroin keçirmək istədi

Tarix: 13 Yanvar 2020 12:42

Bakı. Trend:

Biləsuvar gömrük postunda sarmaşıq dibçəyində narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının özü ilə gətirdiyi əl yükləri rentgen aparatından keçirilən zaman monitorda şübhəli predmetlərin təsviri görünüb və vətəndaş sorğu-sual olunub.

Şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus bağlamalarda gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını, əl yüklərində müxtəlif ərzaq malları və sarmaşıq dibçəyinin olduğunu bildirib.

Yoxlama zamanı isə içərisində 2 ədəd sarmaşıq dibçəyi olan bağlamada gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 136 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İrandan gələn şəxs sərhəddən dibçəkdə heroin keçirmək istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ