Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 00:00
Yuxu pozğunluğunun müxtəlif xəstəliklərə yol açdığı bəllidir. İsveçli alimlərin araşdırması nəticəsində məlum olub ki,yuxu pozğunluğu gənc kişilərdə alzhemer xəstəliyi riskini artırır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu risk yuxusuzluq səbəbindən kişilərin qanında alzhemer xəstəliyinə bağlı protein səviyyəsinin artırması ilə bağlıdır. Araşdırma üçün, təqribən yaş ortalaması 22 olan 15 kişinin yuxudan əvvəl və sonra qanlarındakı tau protein səviyyələri ölçülüb. Yuxusuz keçən gecənin ardından tau proteini 17% artıb. Normal yuxu yatdıqda isə bu səviyyə 2% təşkil edir.
Alimlər bildirir ki, xüsusuilə gənc yaşlarda olan kişilər yuxu rejimlərinə diqqət etməlidir. Araşdırmaçılardan Conatan Cedernas, bu tədqiqatların əhatəliliyinin kiçik olduğunu,qadınlar üçün eyni vəziyyətin keçərli olub-olmadığının hələ bilinmədiyini qeyd edib.