Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin futbolçusu pasportunu itirib

''Neftçi''nin futbolçusu pasportunu itirib

Tarix: 14 Yanvar 2020 12:36

"Neftçi"nin futbolçusu Stiven Monroz "ağ-qaralar"ın Antalyadakı təlim-məşq toplanışına qatılmayıb.

Sonxeber.net Azərbaycan Radiosuna istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun pasportunu itirməsidir. Yeni pasport üçün müraciət edən Monrozun yaxın zamanda təlim-məşq toplanışına qatılacağı gözlənilir.

2019-cu ilin iyulunda "Neftçi"yə keçən Monroz, bu mövsüm Azərbaycan Premyer Liqasında 13 oyuna 6 qol vurub.


Etiketlər:  Neftçinin futbolçusu pasportunu itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ