Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 19:20
Bakıda 65 yaşlı qadın öz evində qarətə məruz qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yanvarın 13-ü saat 19:00 radələrində naməlum şəxs 65 yaşlı Nərgiz Əhməd qızı Cəfərovanın evinə girib.
Cinayətkar qadının əllərini kəndirlə bağlayıb, ağzını isə əl dəsmalı ilə tıxayıb.
O, N.Cəfərovaya məxsus 500 manat dəyərində qızıl sırğalar, 120 manatlıq gümüş üzük və mobil telefonu oğurlayıb.
Ağzına dəsmal tıxanmış qadın qonşuları tərəfindən tapılıb.
Faktla bağlı rayonun 20-ci Polis Bölməsinin əməkdaşları istintaq aparır. Hələlik həbs olunanlar yoxdur.