Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 07:02
"Amazon" şirkətinin qurucusu Cef Bezos, Avstraliyanın meşə yanğınlarına ayırdığı yardıma görə tənqid edilib.
Sonxeber.net bildirir ki, CNBC-nin məlumatına görə, Bezos "İnstagram"da "Amazon"nun Avstraliya üçün 690 min dollar yardım edəcəyini yazıb.
Sosial şəbəkə istifadəçiləri Bezosun Avstraliya üçün öz sərvətindən heç nə bağışlamadığından qəzəbləniblər. Onlar iş adamının qazancını nəzərə alaraq, yardım üçün ayırdığı məbləğin çox az olduğunu qeyd ediblər.
Xatırladaq ki, Bezos dünyanın ən varlı insanları siyahısında birinci yerdədir. "Forbes"in məlumatına görə, onun sərvəti 131 milyard dollar dəyərində qiymətləndirilir. (ölkə.az)