Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada dövlət xəstəxanalarında böhran - FOTO

Fransada dövlət xəstəxanalarında böhran - FOTO

Tarix: 15 Yanvar 2020 08:34

Fransada dövlət xəstəxanalarının 1200-dən çox həkimi kütləvi istefa verməklə bağlı səhiyyə nazirinə məktub ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mindən çox həkim istefa ilə bağlı petisiya imzalayıb və xəstəxanalarda inzibati funksiyalarını tərk edəcəklərini qeyd ediblər. Dövlət xəstəxanalarında tibbi personal çatışmazlığından və maliyyə problemləri ucbatından çətinliklərlə üzləşdiklərini və xəstəxanaların borc içində olduqlarını bildiriblər. Yanvarın 20-ə qədər səhiyyə naziri həkimlərdən ibarət nümayəndə heyətini qəbul etməsə və ya lazımı tədbir görməsə həkimlər stefa verəcək.

Həkimlər məktublarının və istefa səbəblərini ictimailəşdirmək məqsədilə Parisdə bir çox xəstəxanada mətbuat konfransı keçiriblər.

İstefa hədəsi ilə çıxış edən həkimlərin əksəriyyəti xəstəxanaların rəhbərləridir. Onlar tibbi personal çatışmadığı üçün xəstəxanaların bir çox şöbələrinin məhdud şəkildə fəaliyyət göstərdiyini bildiriblər. İl-dö-Frans regionunda xüsusilə də pediatriya sahəsində tibbi personal çatışmazlığından xəstə uşaqları əyalətlərə valideynlərindən 150 kilometr uzağa göndərməyə məcbur olduqlarını bildiriblər.

Səhiyyə nazirinin xəstəxanalara yardım məqsədilə 1.5 milyard avro dotasiya vəd etməsinə baxmayaraq, əslində dotasiyanın 200 min avro ilə məhdudlaşdığı bildirilib. Bu da xəstəxanaların zəruri vəsaitlərinin məhdudlaşdırılmasına gətirib çıxarıb. Yardım əvəzinə xəstəxanalardan 500-600 milyon avro qənaət edilməsi tələb olunduğu və artıq çökmüş xəstəxanaların funksiyasını dayandırmaq təhlükəsində olduğu qeyd edilib.


Etiketlər:  Fransada dövlət xəstəxanalarında böhran FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ