Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu printer həm üçölçülü obyekt, həm də adi şəkil çap edəcək

Bu printer həm üçölçülü obyekt, həm də adi şəkil çap edəcək

Tarix: 16 Yanvar 2020 14:21

Tayvanın “XYZ Printing” şirkəti “CES-2020” beynəlxalq elektronika sərgisində “Da Vinci Color 5D” adlı 3D printer təqdim edib. İstehsalçılar yeni printerin adındakı “5D”ni "3D 2D" kimi xarakterizə ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, lazer oyması və rəngli 3D çap kimi əlavə funksiyalara malik yeni qurğu daxili 3D skaner və lazer oymasına malik “Da Vinci Color Mini” və “Da Vinci Color AiO” (All-in-One) 3D printerlər xəttinin davamçısıdır.

 

“Da Vinci Color 5D” yalnız üçölçülü plastik obyektləri rəngləmir, həm də adi "düz" şəkilləri çap edir. Qurğunun əsas özəlliyi ekstruderi dəri, karton və plastik üzərinə lazer oyması vurulması rejiminə keçirtmək imkanıdır.

 

“Da Vinci Color 5D” printerinin 2020-ci ilin birinci rübündə 3999 dollar qiymətinə satışa çıxarılması planlaşdırılıb. Mürəkkəbli kartricin qiyməti 69,95 dollardır.

 

Emil Hüseynov




Etiketlər:  printer həm üçölçülü obyekt həm şəkil çap edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ