Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Visa'': Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqinin nümunəsidir

''Visa'': Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqinin nümunəsidir

Tarix: 16 May 2019 12:36

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqi, texnologiyaların inkişafı və innovasiyaların tətbiqinin nümunəsidir.

Trend-in məlumatına görə, bunu “Visa” şirkətinin MDB və Cənub-Şərqi Avropa üzrə baş direktoru Kristina Doroş “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib.

O bildirib ki, Azərbaycanda təmassız ödənişlər kimi “Visa”nın innovativ həlli 2014-cü ildə tətbiq olunub. K.Doroş nağdsız ödənişlərin inkişafı üçün hökumətin dəstəyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən genişmiqyaslı islahatlar nəticə verməyə başlayıb:

“Visa” tərəfdaşları ilə birgə yeni texnologiyaları inkişaf etdirməyə və onları Azərbaycanda tətbiq etməyə kömək edəcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Visa Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqinin nümunəsidir


RƏYLƏR