Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 09:20
"Azərbaycandakı bütün turizm bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən qeydiyyatdan keçiriləcək".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.
Onun sözlərinə görə, həmin bələdçilər haqqındakı məlumatlar ATBA-nın məlumat bazasına daxil ediləcək.
S.Əsgərova bildirib ki, hazırda turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib:
"Onlar bizimlə birbaşa əməkdaşlıq edirlər. Digər 300 bələdçini də qeydiyyatdan keçirəcəyik. Bu il ərzində bütün turizm sənayesi üzrə bu işi həyata keçirməyi nəzərdə tutmuşuq".