Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 21:22
Qış öz sərt üzünü yenicə göstərməyə başlayıb. Yanvarın 17-də yağan qar "Qızılgüllər diyarı" Zaqatalanı da ağ örpəyə bürüyüb. Bolluq, bərəkət rəmzi olan qar, həm də gözəllikdir və təbiətə əsrarəngiz naxışlar vurur.
Respublikamızın dilbər guşələrindən olan Zaqatalanın qışı da başqa bir aləmdir.
Sonxeber.net AZƏRTAC-a istinadən fotoqraf Əhməd Fərruxoğlunun bu gün Zaqatala şəhərinin park və xiyabanlarında çəkdiyi qış lövhələrini təqdim edir.