Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimin pasiyenti döyməsi ilə bağlı yayılan məlumatlar barədə RƏSMİ AÇIQLAMA

Həkimin pasiyenti döyməsi ilə bağlı yayılan məlumatlar barədə RƏSMİ AÇIQLAMA

Tarix: 18 Yanvar 2020 11:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkimin pasiyenti döyərək təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarlara rəsmi münasibət bildirilib.

Trend-in məlumatına görə, mərkəzin bununla bağlı açıqlamasında qeyd olunur ki, həmin xəstə üç dəfə insult keçirib. Bu səbəbdən ona narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat aparılıb:

"Əməliyyatı həyata keçirən həkim Emil Hüseynov deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcbur olub xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın. Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib. Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil. Qeyd edək ki, bu həkim 2005-ci ildən bu günə qədər üç min pulsuz əməliyyat keçirib. Mərkəzin ən yaxşı həkimlərindən biridir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Həkimin pasiyenti döyməsi ilə bağlı yayılan məlumatlar barədə RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ