Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundesliqa klubunda yeni müqavilə

Bundesliqa klubunda yeni müqavilə

Tarix: 19 Yanvar 2020 12:22

Bayer Leverkusen baş məşqçisi Peter Boşun müqaviləsinin müddətini artırıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Niderlandlı mütəxəssis 2018-ci ilin yayından "Bayer"i çalışdırır. Onun rəhbərlik etdiyi komanda hazırda Bundesliqada 6-cı sıradadır.


Etiketlər:  Bundesliqa klubunda yeni müqavilə


RƏYLƏR