Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədri 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədri 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

Tarix: 20 Yanvar 2020 21:44

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, bəyanatda Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biri olan "Qara Yanvar" gecəsi anılıb, 1990-cı ilin 20 yanvarında təxminən 26,000 Sovet qoşununun Azərbaycanın paytaxtı Bakı şəhərinə tanklar və zirehli maşınlarla hücum etdiyi, qadın və uşaqlar daxil olmaqla dinc nümayişçilərin, günahsız Azərbaycanlıların atəşə tutulduğu bildirilib. Bu amansız hərəkətlərin 147 insanın həyatını itirməsi, 800 nəfərin yaralanması, 841 nəfərin həbsi və 5 nəfərin itkin düşməsi ilə nəticələndiyi vurğulanıb.

Konqres üzvü "Human Rights Watch" təşkilatının "Azərbaycanda Qanlı Yanvar" hesabatına istinad edərək Bakıya hücum zamanı tibb personalına, təcili tibbi yardım maşınlarına, hətta xəstəxanalara edilən hücumlar daxil olmaqla ən pis insan hüquqları pozuntularına yol verildiyini vurğulayıb. Bu hadisənin hesabatda Sovet ordusunun yalnız Azərbaycanda deyil, eləcə də digər Sovet İttifaqı respublikalarında millətçilərə qarşı bir xəbərdarlıq olduğu qeyd olunub.

Bəyanatda eyni zamanda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələri tam şəkildə qurduğu və bu əlaqələrin indiyədək davam etdiyi vurğulanıb. Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiqlər olduğunu, qlobal və regional səviyyədə ümumi maraqları bölüşdüyünü bildirib.

Sonda İşçi Qrupumuzun həmsədri Azərbaycanın müstəqilliyi, azad bazar iqtisadiyyatı və demokratik dəyərlər uğrunda həyatını qurban vermiş şəxsləri bir daha yad edərək həmkarlarını bu faciəvi günü anmağa çağırıb.

Milli.Az


Etiketlər:  ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədri 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ