Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 08:16
Bir müddət əvvəl Facebook-un WhatsApp-da reklam göstərmək istədiyi ilə bağlı bir xəbər yazmışdıq. Facebook, WhatsApp platformasından gəlir əldə etmək üçün Story-lər olan hissədə istifadəçilərə reklam göstərəcəkdi. Lakin bu gün bəlli olan məlumatlara görə şirkət bu qərardan imtina edib.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, Facebook, reklamların istifadəçiləri WhatsApp platformasından uzaqlaşdıracağını düşünərək bu fikirdən imtina etdi.
Əslində 2009-da ortaya çıxan platforma əvvəllər pulsuz deyildi. İstifadəçilərdən 0.99 Dollar dəyərində bir məbləğ tələb edən WhatsApp, Facebook onu aldıqdan sonra tamamilə ləğv edildi. 2016-dan etibarən istifadəçi sayı olaraq 1 milyardı keçən WhatsApp hələ də pulsuz şəkildə və reklamlar göstərilmədən istifadəçilərə xidmət edir.