Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konqres üzvü: ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır

Konqres üzvü: ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır

Tarix: 21 Yanvar 2020 09:08

Bakı. Trend:

20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı ABŞ Konqresində növbəti bəyanat verilib. ABŞ Konqresinin nüfuzlu Xarici Məsələlər Komitəsinin üzvü Robert Aderholt faciə ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, bu ay bizim dost və müttəfiqimiz Azərbaycan Respublikası “Qara Yanvar” hadisəsinin 30 illiyini qeyd edir. Diqqətə çatdırılır ki, bu hadisə, 20-ci əsr ərzində davam etmiş işğalın, yəni Azərbaycan üzərində Sovet idarəçiliyinin sonunun başlanğıcı kimi simvolizə olunur.

Bəyanatda həmçinin məlumat verilir ki, 19-20 yanvar 1990-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində zorakılıq zamanı Sovet ordusu 100-dən çox Azərbaycanlı nümayişçini qətlə yetirib, 700 nəfər isə yaralanıb. Sovet hərbçilərinin zorakılığına baxmayaraq, Azərbaycan əhalisi dinc etirazını 1991-ci il 18 oktyabr tarixində SSRİ-dən müstəqilliyini elan edənə qədər davam etdirib.

Konqresmen Aderholt bəyanatında həmkarlarına səslənərək Azərbaycanda “Qara Yanvar” faciəsinin və azadlıq uğrunda canlarından keçmiş insanların xatirəsinin yad edilməsinə çağırıb, ABŞ-ın müttəfiq və tərəfdaşı Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

Bəyanatla https://www.congress.gov/116/crec/2020/01/16/CREC-2020-01-16-pt1-PgE52-2.pdf internet səhifəsində tanış ola bilərsiz.


Etiketlər:  Konqres üzvü ABŞ müttəfiq tərəfdaşı Azərbaycanın yanındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ