Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 08:56
Bakı. Trend:
Qətərdə futbol üzrə Dünya Çempionatı-2022 üçün tikilən "Əl-Vakra" adlı ikinci stadionun açılışı olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, stadionun açılış mərasimində Qətər Əmirinin Kubokunun final oyunu keçirilib. Finalda "Əl-Duhayl" "Əl-Sədd" klubunu 4:1 hesabı ilə məğlub edib.
Zaha Hədid tərəfindən hazırlanan stadion 40 min azarkeş tutumuna malikdir. Stadionun tikintisinə 575 milyon dollar vəsait xərclənib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin