Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu ilin sonunadək blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq

Azərbaycanda bu ilin sonunadək blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq

Tarix: 17 May 2019 12:15

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Azərbaycanda bu ilin sonunadək blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın baş informasiya inzibatçısı Fərid Osmanov deyib.

O qeyd edib ki, bu, Azərbaycanda 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının imzalanması ilə başlamış pilot layihədir.

F.Osmanov qeyd edib ki, 2019-cu ilin əvvəlində müvafiq prototip yaradılıb:

“Hazırda blokçeyn texnologiyasının tətbiqi üçün müvafiq orqanlarla gələcək addımların üzrə plan hazırlanır”.

Onun sözlərinə görə, bu məsələdə əsas məqsəd gələcəkdə Azərbaycanın maliyyə imkanlarını genişləndirəcək açıq bankçılıq modelinin yaradılmasıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda ilin sonunadək blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ