Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Azərbaycanda istehsal edilən ÜDM-in məbləği açıqlanıb

Ötən il Azərbaycanda istehsal edilən ÜDM-in məbləği açıqlanıb

Tarix: 22 Yanvar 2020 18:14

2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681,0 milyon manata çatıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, yola saldığımız ildə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,4 faiz artıb.

ÜDM-in 41,4 faizi sənaye, 10,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8247,0 manat olub.


Etiketlər:  Ötən Azərbaycanda istehsal edilən ÜDM məbləği açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ