Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya Ekoloji Təhsil Günündə milli parklarda açıq dərs keçiriləcək (FOTO)

Dünya Ekoloji Təhsil Günündə milli parklarda açıq dərs keçiriləcək (FOTO)

Tarix: 24 Yanvar 2020 13:09

Bakı. Samir Əli - Trend:

Yanvarın 26-da Dünya Ekoloji Təhsil Günündə bir sıra milli parklarda açıq dərs, Qızılağac Milli Parkının turizm informasiya mərkəzində məktəblilər arasında bilik yarışı keçiriləcək.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, yanvarın 30-da isə Hirkan Milli Parkında atla yürüş üçün ziyarətçilərə şərait yaradılacaq: "Tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizmin təbliği, parklara turistlərin marağının artırılmasıdır. Hər kəsi milli parklarımıza səyahət etməyə və təşkil olunacaq tədbirlərə qoşulmağa çağırırıq".

Dünya Ekoloji Təhsil Günündə milli parklarda açıq dərs keçiriləcək (FOTO) Dünya Ekoloji Təhsil Günündə milli parklarda açıq dərs keçiriləcək (FOTO)


Etiketlər:  Dünya Ekoloji Təhsil Günündə milli parklarda açıq dərs keçiriləcək FOTO


RƏYLƏR