Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Doqquzuncu mərtəbədən yıxıldı, ayağa qalxıb yoluna davam etdi - VİDEO

Doqquzuncu mərtəbədən yıxıldı, ayağa qalxıb yoluna davam etdi -  VİDEO

Tarix: 24 Yanvar 2020 16:40

Binanın doqquzuncu mərtəbəsindən yıxılan qadın ayağa qalxıb və yoluna davam edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrlar "Yuqoriya" televiziyasında yayımlanıb.

Hadisə Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsində qeydə alınıb.

Kadrlardan görünür ki, qadın hündürlükdən qar yığının üstünə yıxılır. Bir neçə saniyədən sonra o, ayağa qalxaraq gedir.

Televiziya kanalının məlumatına görə, qadın bundan sonra qonşularına müraciət edərək onların təcili yardım çağırmasını istəyib.

Qadın artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir, həyati təhlükəsi yoxdur. İstintaq komitəsi yoxlamalara başlayıb.

Milli.Az


Etiketlər:  Doqquzuncu mərtəbədən yıxıldı ayağa qalxıb yoluna davam etdi VİDEO


RƏYLƏR