Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlandı (VİDEO)

Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlandı (VİDEO)

Tarix: 25 Yanvar 2020 11:32

Bakı. Trend:

60 saylı Salyan – Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlayıb.

Trend-in məlumatına görə, F.Ağamalı Parça – Xalac və Çuxanlı kənd inzibati ərazilərində torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət etdi və onların ailələri və kənd sakinlərilə çoxsaylı görüşlər keçirdi. Şəhid ailələrinin və kənd sakinlərinin istək və təklifləri diqqətlə dinlənildi.

Səmimiyyətlə qarşılanıb yola salınan Fəzail Ağamalı daha sonra seçicilərlə görüşdə dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi.

Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda uğurlar arzuladılar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ