Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 13:04
İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 16 komandadan ibarət bu mərhələnin 8 cütlüyü müəyyənləşib.
"Barselona" 1/8 finalda "Leqanes"lə, "Real Madrid" "Saraqosa", "Sevilya" isə "Mirandes"lə qarşılaşacaq.
Qeyd edək ki, İspaniya kubokunda 1/8 finalın oyunları 28, 29 və 30 yanvarda keçiriləcək.
İspaniya kubokunda 1/8 finalın cütlükləri belədir:
"Badahos" - "Qranada"
"Kultural Leonesan" - "Valensiya"
"Tenerife" - "Atletik"
"Saraqosa" - "Real Madrid"
"Mirandes" - "Sevilya"
"Rayo Vallekano" - "Vilyarreal"
"Real Sosyedad" - "Osasuna"
"Barselona" - "Leqanes"