Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 18:32
Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu bu gün 3-cü yoxlama oyununu keçirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu günün ilk matçında Çexiya təmsilçisi "Siqma" ilə qarşılaşıb.
Olomouts klubu ilə görüş "Gloria Sereniti" otelinin meydançasında keçirilib. Qarşılaşma çexiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində təsəlli qoluna 59-cu dəqiqədə baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.
Qeyd edək ki, bunadək iki yoxlama matçı keçirən "Qarabağ" "Akademika Kilinçeni" (Rumıniya) ilə məhsuldar heç-heçəyə (2:2) imza atıb, "Jetısu"ya (Qazaxıstan) bir qolla qalib gəlib. Qurban Qurbanovun kollektivi axşam saatlarında Polşa klubu "Visla" (Plotsk) ilə üz-üzə gələcək.
Yoxlama oyunu
25 yanvar
12:30. "Qarabağ" - "Siqma" (Çexiya) - 1:3
Musa Qurbanlı, 59