Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah seçki bülletenlərinin çapına başlanacaq

Sabah seçki bülletenlərinin çapına başlanacaq

Tarix: 26 Yanvar 2020 15:30

Sabah Milli Məclisə  fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.

Milli.Az bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir. Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.

Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.

Milli.Az


Etiketlər:  Sabah seçki bülletenlərinin çapına başlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ