Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tuhel Mbappeni cəzalandırdı

Tuhel Mbappeni cəzalandırdı

Tarix: 17 Aprel 2019 13:24

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Liqasının  28-ci turundan təxirə salınmış "Nant"la  oyunu buraxacaq.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, gənc hücumçu baş məşqçi Tomas Tuhel tərəfindən cəzalandırılıb.

Səbəb Mbappenin "Lill”ə 1:5 uduzduqları  qarşılaşmadan sonra komanda yoldaşlarını tənqid etməsidir. O, futbolçuları xarakter göstərməməkdə günahlandırıb.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm Fransa Liqasında 27 qolla  bombardirlər yarışına başçılıq edir.

Xatırladaq ki, Mbappedən başqa daha 8 futbolçu - Neymar, Edinson Kavani, Tiaqo Silva, Marko Veratti, Markinyos, Anhel di Mariya. Xuan Bernat və Tomas Menye də “Nant”la oyunu buraxacaq.
 


Etiketlər:  Tuhel Mbappeni cəzalandırdı


RƏYLƏR