Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 13:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəb ləvazimatlarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, qiymətlərin müəyyən edilməsi keyfiyyət və forma ilıəlaqədar olaraq, istehsalçılardan asılıdır: "Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmasın. Bir sıra istehsalçılar buna riayət edir. Bizdə olan məlumata görə istehsalçıların özü də qiymərlərin aşağı olmasına maraqlıdır. Çünki qiymət münasib olarsa formalar da satılar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin