Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 14:06
Tailandın Tak əyalətində meşədə itmiş motosikletçi iki həftədən sonra tapılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, 27 yaşlı şəxs yanvarın 6-da polis yoxlamasından qorxub meşədə gizlənib.
Polislər onun qayıtmadığını görüb, axtarışlara başlayıb. Nəticədə onun yalnız qəzaya uğramış motosikleti tapılıb. Həmin şəxs özü isə meşədə azıb və iki həftə yalnız bitkilərlə qidalanıb.
14 gün davam edən axtarışlardan sonra tapılan motosikletçi həmin gün heç bir hadisə törətmədiyini, sadəcə, polisdən qorxduğu üçün gizləndiyini bildirib.