Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" Sillanı göndərdi - Dario qayıtdı

Tarix: 27 Yanvar 2020 18:08

“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-i Bakıya qayıdan komandanın üzvləri birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, baxışda olan futbolçu Nabi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Frederiko isə əsas komandanın məşqində iştirak edib.

“Neftçi” Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da “Sumqayıt”ı qonaq edəcək.












Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Neftçi Sillanı göndərdi Dario qayıtdı


RƏYLƏR