Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 07:18
Terrorçular Suriyanın Baniyas şəhərində neft obyektlərinə hücum ediblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə SANA agentliyi bildirib.
Məlumata əsasən, terrorçular partlayıcı qurğulardan istifadə ediblər.
Qeyd edilib ki, partlayıcı qurğular dalğıçlar tərəfindən quraşdırılıb.
Təmir qrupları artıq işləyirlər və neft stansiyasının fəaliyyətini yenidən bərpa etmək üçün problemləri aradan qaldırırlar.