Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 14:32
Bakı. Elnur Bağışov - Trend:
İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb.
Trend-in IRNA-ya istinadən verdiyi məlumata əsasən, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.
S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanada yatırılıb.
Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusuna yoluxmadığı müəyyənləşib.
Nazirin sözlərinə görə, indiyədək İranda koronovirusu ilə əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin