Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 21:38
"Liverpul"un zədəli futbolçusu Sadio Manenin son durumu məlum olub.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurqen Klopp bildirib. 27 yaşlı hücumçu növbəti 2 görüşü buraxacaq. Seneqallı oyunçu 25-ci turda "Vest Hem" və 26-cı turda "Sauthempton"la oyunlarda iştirak edə bilməyəcək.
Xatırladaq ki, Mane son turda "Vulverhempton"lla görüşdə ayaq əzələsindən zədələnib.