Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəxəssislər silinməyən “Android” virusu barədə xəbərdarlıq ediblər

Mütəxəssislər silinməyən “Android” virusu barədə xəbərdarlıq ediblər

Tarix: 30 Yanvar 2020 07:44

"Dr.Web" antivirus şirkətinin mütəxəssisləri istifadəçilərin fərdi məlumatlarını toplayan və silinməyən "Android" virusu haqqında məlumat veriblər.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər ötən ilin sonunda bəzi qurğularda troyan virusu aşkar etmişdilər. Zərərli proqram ödənişli proqramlardan qazanc toplayır və ya bəzi hallarda smartfona çoxlu sayda mobil tətbiq quraşdırırdı.

Bir qayda olaraq, bu troyan proqram təminatının bir hissəsini silir və nəticədə istifadəçilər yoluxdurulmuş proqramlardan xilas ola bilmir.

Hələ 2015-ci ildən mütəxəssislərə məlum olan "Android.Xiny.5261" virusu daha da təkmilləşdirilib. Troyan proqramı "Android" sisteminin 5.1 və aşağı versiyalarına zərər vurur. "Dr.Web" şirkətindən bildirilib ki, hər dördüncü "Android" istifadəçisi köhnə versiyalardan istifadə edir.


Etiketlər:  Mütəxəssislər silinməyən Android virusu barədə xəbərdarlıq ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ