Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brakonyerlərə qarşı növbəti reyd keçirilib (FOTO)

Brakonyerlərə qarşı növbəti reyd keçirilib (FOTO)

Tarix: 30 Yanvar 2020 10:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə keçirilən növbəti reyd zamanı Xəzər dənizinin Xaçmaz rayonu ətrafı və Qaraçay çayından Vəlvələçay çayınadək olan ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib.

Trend-in məlumatına əsasən, bunu jurnalistlərə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir: “Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq.

Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Brakonyerlərə qarşı növbəti reyd keçirilib (FOTO) Brakonyerlərə qarşı növbəti reyd keçirilib (FOTO) Brakonyerlərə qarşı növbəti reyd keçirilib (FOTO) Brakonyerlərə qarşı növbəti reyd keçirilib (FOTO) Brakonyerlərə qarşı növbəti reyd keçirilib (FOTO) Brakonyerlərə qarşı növbəti reyd keçirilib (FOTO)


Etiketlər:  Brakonyerlərə qarşı növbəti reyd keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ