Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 10:58
Bakı. Elçin Mehdiyev - Trend:
Beynəlxalq Türk Akademiyası Elmi Şuraysına sədrlik Azərbaycana keçib.
Trend-in məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 3-cü iclasında çıxış edərkən deyib.
Nazir bildirib ki, Türk Dövlətləri əməkdaşlıq platforması çərçivəsində Beynəlxalq Türk Akademiyasının elmi şurasının 3-cü iclası və toplantısı keçirilir. O bildirib ki, Beynəlxalq Türk Akademiyasının nizamnaməsinə əsasən, Elmi Şuraya rəhbərlik hər il bir ölkəyə həvalə olunur: “Ötən il isə Qırğızıstan rəhbərlik edirdi. Bugünkü tədbirdə bütün türkdilli dövlətlərin, beynəlxalq nümayəndəliklər iştirak edir''.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin