Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 11:21
Bakı. Elçin Mehdiyev - Trend:
Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan Ortaq Türk Tarixi ilə bağlı hazırlanmış dərsliyin tədrisinə başlanması, eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində işlər gedir.
Trend-in məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclasında çıxış edərkən deyib.
C.Bayramov bildirib ki, iclasda bu məsələ də müzakirə ediləcək: “Eyni zamanda, Beynəlxaq Türk Akademiyası türk dünyasının görkəmli şəxsiyyətlərinin hər il üçün möhtəşəm tarixləri, böyük yubileylər bu Elmi Şurada müzakirə ediləcək. Əminəm ki, 2020-ci il üçün məzmunlu və maraqlı iş planı təsdiq olunacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin