Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO)

Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO)

Tarix: 30 Yanvar 2020 11:36

Bakı. Trend:

9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir.

Trend bildirir ki, bu il ölkəmizdə diqqət çəkən təbliğat-təşviqat kampaniyalarından biri də Şamaxı şəhərində müşahidə edilir.

İstisnasız olaraq bütün kəndlərdə görüşlər keçirən 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərova hər evdə, hər qapıda böyük səmimiyyət və inamla qarşılanır.

Əslən Şamaxıdan olan, seçki kampaniyası ilə izdiham yaşadan Tamam Şaməmməd qızı Cəfərova kimdir?

Tamam Cəfərova 5 aprel 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri 180 saylı orta məktəbi qızıl medalla bitirən Tamam Cəfərova həmin il ulu öndər, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1981-ci ildə universiteti bitirərək Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Sov.İKP tarixi kafedrasında müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Tamam Cəfərova 1987-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında təhsilini davam etdirib, 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

O, 1995-2000-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutu ilə bərabər Azərbaycan Dövlət İqtisad Universitetində də müəllimlik fəaliyyəti ilə məşğul olub.

2007-ci ilin fevral ayına qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Siyasi tarix”, 2007-2019-cu illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedralarında dosent vəzifəsində çalışıb.

Ömrünün 40 ilini müəllimlik fəaliyyətinə həsr edən Tamam Cəfərova 1981-2020-ci illərdə paralel olaraq 4 ali təhsil müəssisəsində - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetində müəllim kimi çalışmış və o, 2019-cu ilin mart ayında Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilmişdir. Eyni zamanda bu universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti, çoxsaylı elmi məqalələrin müəllifidir.

2019-cu ilin oktyabr ayı Tamam Cəfərovanın həyatında xüsusilə əlamətdar olub. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Tamam Cəfərova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən T.Cəfərova
Tamam Cəfərovanın fəaliyyəti təkcə təhsil sahəsi ilə məhdudlaşmamışdır. Belə ki, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edən Tamam Cəfərova 2000-2005-ci illərdə Milli Qeyri-hökumət Təşkilatları Forumunun vitse-prezidenti, eyni zamanda 2003-cü ildə prezident seçkiləri ərəfəsində yaradılmış “Yeni Azərbaycan Naminə” ictimai hərəkatının həmtəsisçisi olub.

2006-2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olub.

Tamam Cəfərovanın ölkəmizdə qadın hərəkatının təməlinin qoyulmasında, o cümlədən inkişafında da xüsusi xidmətləri olub. 2001-ci ildən BMT Qadın İnkişaf Fondunun (UNIFEM) Azərbaycandakı Qadın Koalisiyasının (Koalisiya 1325) həmtəsisçisi, Cənubi Qafqaz Qadın Koalisiyasının üzvü, 2005-ci ildən Azərbaycan Qadınlarının Milli Konfederasiyasının həmtəsisçisi və həmsədridir.

O, 2000-ci ildən “Universitet Təhsilli Qadınlar” İctimai Birliyinin təsisçisi və hazırkı dövürədək sədridir.

Azərbaycan qadınların hüquqi maariflənməsi sahəsində həyata keçirilmiş çoxsaylı layihələrin rəhbəri, yerli və beynəlxalq təlim və konfransların iştirakçısı olub. Gender problemləri və konfliktologiya üzrə ekspert və regional statuslu təlimçidir. Tamam Cəfərova həm də 2004-cü ildə ABŞ-ın Konsensus Quruculuğu İnstitutunun “Konfliktologiya və danışıqaparma bacarıqları” adlı kursunu bitirib.
O, konfliktologiya sahəsində Azərbaycanda ixtisaslaşan ilk təlimçi qadınlardan biridir.

Bitərəfdir. Subaydır, 2 övladı, 1 nəvəsi var.

İşgüzarlığı, peşəkalığı, həmçinin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı aktiv fəaliyyətindən əldə etdiyi təcrübələrlə Tamam Cəfərova Azərbaycana, o cümlədən, xalqına bundan sonra millət vəkili olaraq xidmət göstərmək istəyir. Tamam Cəfərovanın seçki platforması Milli fəaliyyət və Yerli fəaliyyət olmaqla iki istiqamətə ayrılır:

Milli fəaliyyət:

- Yeni parlamentdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin islahatlar və yeniləşmə siyasətinə, dayanıqlı inkişaf proqramlarına dəstək vermək;

- Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında titanik rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fədakarcasına gördüyü işlərə dəstək vermək;

- Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etmək;

- Sosial-iqtisadi islahatların davam etdirilməsinə, vətəndaşların həyat səviyyələrinin yüksəldilməsinə xidmət edən qanunların qəbul edilməsinə çalışmaq;

- Elm və təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına və gənclərin dünya təhsil sisteminə inteqrasiyasına çalışmaq;

- Ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarına dəstək vermək, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı normativ sənədlərin qəbulunda fəal iştirak etmək;

- Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin korrupsiya və məmur özbaşnalığına qarşı apardığı qətiyyətli mübarizəyə dəstək vermək, ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmək.

Yerli fəaliyyət:

- Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq seçicilərin yanında olmaq, onların problemlərinin həllinə çalışmaq;

- Şamaxı rayonunda həyata keçirilən sosial infrastruktur layihələrin icrası zamanı ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmək;

- Vətəndaş cəmiyyəti qurumlarının yaradılmasının və könüllülük hərəkatının təşviqi;

- Gənclərin asudə vaxtının səmərəli təşkilinə, sağlam həyat tərzinin təbliğinə nail olmaq;

- Qadınların və qızların problemlərinin həllinə çalışmaq, onların inkişafı ilə bağlı sistemli layihələr həyata keçirmək, iqtisadi müstəqiliyinin və ictimai-siyasi fəallığın artmasına nail olmaq;

- Azərbaycanda mövcud olan unikal multikultural mühitin təşviqi və təbliğinə dəstək vermək;

- Vətəndaşların məşğulluq proqramlarına cəlb edilməsi istiqamətində layihələr həyata keçirmək;

- Şamaxıda üzümçülüyün bərpası və dünya bazarına çıxarılması istiqamətində dövlət siyasətinə dəstək olmaq;

- Regionda turizmin daha da inkişaf etdirilməsi ilə bağlı müxtəlif proqramlar hazırlamaq.

Parlament seçkilərinə bitərəf kimi qoşulan Tamam Cəfərova millətinə, dövlətinə sadiq olan, Vətənini sevən şamaxılılarının rəğbətini qazanmağı artıq çoxdan bacarıb. Onun sakinlərlə görüşlərində olmaq, çəkilən kadrlara baxmaq kifayətdir ki, insanların ürəklərindəki məhəbbəti, gözlərindəki işığı görəsən. Təbliğat-təşviqat kampaniyasının izdihamlı şəkildə keçirilməsinin ən böyük səbəbi də məhz budur. Doğma həmvətənlərinin bu təmənnasız münasibətini və həqiqi millət vəkilindən gözləntilərini doğrultmaq, səslərinə səs vermək Tamam Cəfərovanın ən böyük amalıdır. Və əlbəttə, bu, vətəndaş, insan qarşısında xidmət borclusu olmaq deməkdir. Tamam Cəfərova hər bir şamaxılının xidmətində dayanmaq missiyasını özünə şərəf bilir. Onun məqsədi həm şamaxılıların problemlərinin həllinə çalışmaq, həm günü-gündən inkişaf edən Azərbaycan dövlətinə xidmət etmək, həm də beynalxalq arenada ölkəmizi ləayəqətlə təmsil etməkdir.
Tamam Cəfərovanın seçki kampaniyasını aşağıdakı linklər vasitəsilə də daha yaxından izləyə bilərsiniz:

http://facebook.com/tamamjafarova
http://instagram.com/tamamjafarova

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO) Deputatlığa namizəd Tamam Cəfərova kimdir? (FOTO/VİDEO)


Etiketlər:  Deputatlığa namizəd Tamam Cəfərova kimdir FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ