Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 13:00
Bakı. Ilhamə Isabalayeva -Trend:
Icbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdəki böyük tibb müəssisələrində KIV-lə işləməyə məsul olan şəxslər müəyyən ediləcək.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.
Onun sözlərinə görə, müəssisələr hər kəsin məlumat almaq hüququnu təmin etmək məqsədilə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli və yaxud informasiya xidmətləri göstərən struktur bölmə yaratmalıdır:"Hər hansı iş başlayanda müəyyən gecikmələr ola bilər. Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində olarkən belə xidmət verilmirdi. Hər hansı məsul şəxs yox idi. Biz indi bu sistemi bunu qururuq. Yaxın zamanlarda KİV nümayəndələri xəstəxanalara müraciət edəndə həmin şəxslərlə əlaqə saxlayacaqlar ".
Ş.Eyvazov əlavə ki, KİV nümayəndəsinin informasiya əldə etmək üçün tibb müəssisəsinə müəyyənləşdirilmiş xüsusi saatlarda girişi təmin ediləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin