Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanların 64 faizi robotlara menecerlərdən daha çox inanır

İnsanların 64 faizi robotlara menecerlərdən daha çox inanır

Tarix: 30 Yanvar 2020 21:48

Araşdırmalara görə işçilər menecerlər əvəzinə robotlara daha çox üstünlük verirlər. Müxtəlif sahələrdə süni intellektdən istifadə edilməsi ilə menecerlər işçilərin etimadını qazanmaq üçün daha çox işləməli ola bilər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Oracle və Future Workplace-in son fəaliyyətindən əldə edilən nəticələr süni intellektin işçilərin iş yeri haqqında düşüncə tərzini dəyişdirdiyini müəyyənləşdirib.

10 fərqli ölkədən 8 mindən çox işçi və menecer arasında aparılan sorğu nəticələrinə görə, işçilərin 64 faizi robotlara menecerlərdən daha çox inanır.

Tədqiqat nəticələrinə görə, Hindistanda çalışanların 89 faizi robotlara daha çox güvənir. Robotlara ən az etibar edən ölkə isə 54 faizlə İngiltərə olub. Bundan əlavə, respondentlərin 82 faizi robotların menecerlərdən daha yaxşı işləyəcəyini söyləyib.

Süni intellekt texnologiyalarının inkişafı ilə gələcəkdə bir çox robot növü həyatımıza girəcək və iş yerlərində istifadə ediləcək. Bəs siz necə bir robotla işləmək istərdinizmi?


Etiketlər:  İnsanların faizi robotlara menecerlərdən daha çox inanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ