Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 00:16
Bakı. Trend:
Bu gün Türkiyə Super Liqasının 33-cü turunun bir sıra oyunu keçirilib.
Trend-in məlumatına görə, "Qalatasaray" klubu 33-cü tur çərçivəsində "Başakşəhər"i qəbul edib. Oyunda ilk hesabı açan tərəf qonaqlar olsada, ev sahibi ikinci hissədə rəqibin qapısından iki top keçirərək qalibiyyətə nail olub.
Oyunda qolları R.Bayiç (17-ci dəqiqə), S.Fequli (47-ci dəqiqə) və Q.Onyekuru (64-cü dəqiqə) vurublar.
Beləliklə, "Qalatasaray" 69 xal toplayaraq çempionatın bitməsinə bir tur qalmış ən yaxın izləyicisi olan "Başakşəhər" üçün əlçatmaz qalıb və Türkiyə Super Liqasının 22-ci dəfə qalibi olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin