Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 19:20
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo A Seriyasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu ay meydana çıxdığı 4 oyunda 7 qol vurub, bir məhsuldar ötürmə edib. Ronaldonun mövsümdə vurduğu qolların sayısı isə 17-dir.
Qeyd edək ki, A Seriyasının bombardirlər yarışında Çiro İmmobile ("Latsio) başçılıq edir. O, bu mövsüm 23 qol vurub.