Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arktikada turist reysləri açılır

Arktikada turist reysləri açılır

Tarix: 31 Yanvar 2020 21:26

Rusiya 2021-ci ildən Arktikada kruiz səfərləri təşkil edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın "Vodoxod" kruiz şirkətinin nümayəndəsi İqor Yasinski bildirib.

Qeyd olunur ki, gələn ildən Şimal Buzlu okeanında Şimal dəniz yolu ilə və Frans İosif Torpağı adası ətrafında reyslər təşkil olunacaq.

Reyslər yay aylarında 7 gündən 17 günədək davam edəcək. Hazırda 150 nəfərlik sərnişin tutumu olan iki gəminin tikintisi davam edir.

Növbəti illərdə kruiz səfərlərinin Antarktidada da təşkil olunacağı bildirilib.

Milli.Az


Etiketlər:  Arktikada turist reysləri açılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ