Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"CinemaPlus"da “Gələrsən-Görərsən” filminin qala gecəsi baş tutub (FOTO/VİDEO)

Tarix: 31 Yanvar 2020 23:55

Bakı. Trend:

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Gələrsən-Görərsən” filminin Qala-gecəsi keçirilib.

Filmin baş prodüseri və rejissoru Vüsalə Cəfərova, ssenari müəlliflərləri Fariz Əliyev və İlkin İmanov.

Baş rollarda: Nürəddin Mehdixanlı, Növrəstə Həşimova, Vüsalə Cəfərova, Müşviq Şahverdiyev, Elşən Hacıbabayev, Hüseyn Əzizoğlu, Vahid Orucoğlu və Səadət Abbasova.

Qısaca məlumat: Bir nənənin üç nəvəsi olur. Bunların hərəsinin başına bir iş gəlir və hamısına pul lazım olur. Nənə bunların əlindən bezir və şərt qoyur. “Kim sevdiyi qızla gəlsə və mənim şərtlərimə, sınaqlarıma 3 gün ərzində dözsə, ona əlli min manat pul verəcəm” deyir. Sonra iki nəvəsi qızla, biri isə oğlan dostuna qadın paltarı geyindirib, gətirir. Nənə 3 gün ərzində bu qızları sınağa çəkərək, başlarına oyun açır.

Film yanvarın 30-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Qeyd edək ki, tədbirin təşkilinə Cinema Distribution dəstək olub.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.


Etiketlər:  CinemaPlusda Gələrsən Görərsən filminin qala gecəsi baş tutub FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ