Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 10:42
“Qarabağ” “Fənərbaxça”nın yarımmüdafiəçisi Alper Potukla razılığa gəlib.
Qol.az Türkiyənin “Milliyyet” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan çempionu 28 yaşlı futbolçunu almaq üçün yüksək təzminat ödəməkdə çətinlik çəkdiyindən Potuku icarəyə götürmək istəyir.
“Fənərbaxça”nın Alperi “Çaykir Rizespor”a icarəyə vermək, futbolçunun özünün isə “Qarabağ”a gəlmək istədiyi bildirilib.
Məlumata görə, “Qarabağ” Alperin maaşının bir hissəsinin “Fənərbaxça” tərəfindən ödənilməsini istəyir. Bildirilir ki, illik 1.2 milyon avro qazanan futbolçunun mövsümün ortası olduğu üçün 600 min avro maaşı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəmək istədiyi iddia olunub.
Yekun qərarı “Fənərbaxça”nın verəcəyi bildirilir.