Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 15:12
Toyuq yumurtasının insan orqanizmi üçün bir çox xeyri var.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, Danimarkadan olan ekspertlər bu məhsulun faydalı xüsusiyyətlərini müəyyən edib:
Arıqlamağa kömək edir. Səhər yeməyində bir yumurtanın qəbulu aclıq hissini uzun müddət aşağı salır. Bununla bağlı tədqiqatın nəticələri "Metabolism" elmi jurnalında dərc olunub. Bu isə insanı çox yeməkdən saxlayır. Bu, uzun müddət davam edərsə, yetərincə kilo atmaq mümkündür.
Beynin sağlamlığını möhkəmləndirir. Toyuq yumurtası beynin funksionallığını yaxşılaşdıran hüceyrələri stimullaşdırır. Bunun üçün onların tərkibində lazımi inqrediyentlər var. Yumurta xolin və DHA-nın ən yaxşı mənbəyidir. Onlar körpə beyninin inkişafı və işləməsi üçün vacibdir.
Ürək-damar sistemini möhkəmləndirir. Gündə bir yumurta yemək ürək-damar xəstəlikləri riskini yetərincə aşağı salır. Yumurtanın tərkibində zülal, bir çox vitaminlər və fosfolipid və karotinoid kimi bioaktiv komponentlər var. Yumurta ürəyin sağlamlığı üçün çox faydalıdır.
Qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır. Şərqi Finlandiya Universitetindən olan alimlər sübut etmişdi ki, gündə bir ədəd yumurta yemək diabet riskini aşağı salır.