Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədən hərarəti azalır: 36.6 yox...

Bədən hərarəti azalır: 36.6 yox...

Tarix: 1 Fevral 2020 19:48

İnsanların bədən temperaturu tədricən azalmağa doğru gedir.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, ABŞ-dakı Stenford Universitetinin Tibb Fakültəsinin tədqiqatçılar yarım milyondan çox insanın bədən temperaturu ilə bağlı araşdırma aparıblar.

Araşdırma zamanı XIX, XX və XXI əsrlərdə insanların hərarətinin tibbi ölçülməsi ilə bağlı bir çox məqamlar təhlil olunub. Və belə qənaətə gəlinib ki, zaman keçdikcə bədən temperaturun azalması müşahidə edilir. Yəni bədən hərarəti getdikcə soyumağa doğru gedir. Bu fərq xeyli dərəcədə nəzərə çarpır və Selsi şkalasında artıq ən azı yarım dərəcəyə qədər özünü büruzə verir.

Məlum olub ki, 1800-cü illərin sonlarından bəri kişilərdə bədən istiliyi 0,59 dərəcə, qadınlarda isə 0,33 dərəcə enib.

Bəs bu nə ilə bağlıdır?

Qeyd edək ki, 1851-ci ildə almaniyalı həkim Karl Reinhold Avqust Vunderlich tərəfindən sağlam insanın temperaturunun 36,6 olduğu müəyyən olunub və 37-dərəcəyədək normal temperatur sayılıb.

O zaman bunu ölçmək üçün çox sadə bir termometrdən istifadə olunub. Alim, hətta israrla milyonlarla dəfə ölçmə keçirərək, on minlərlə xəstəni müayinə edib.

Həkim səhər və axşam temperaturu ölçüb və müqayisələr aparıb. O, yaxşı qidalanmış və ac, böyüklər və uşaqlar, xüsusən də sağlam və müxtəlif xəstəliyi olan insanları müqayisəli təhlil edib, nəticələrin doğru olduğuna əmin olub.

Bir əsr yarımdan çox vaxt keçsə də, onun əldə etdiyi nəticələrin doğruluğuna indi də şübhə olunmur. Lakin Stenford Universiteti alimləri problemin ölçmədə deyil, tədricən inkişaf edən insan bədənində olduğunu düşünürlər.

Orqanizmin temperaturuna təsir edən bir çox amillərin olduğuna diqqət çəkən araşdırmaçılar bu azalmanı ətraf mühit amilləri ilə əlaqələndiriblər. Bunun daha çox metabolik proseslərlə əlaqədar olduğu düşünülür.

Bədən temperaturuna bir çox faktorların təsir etdiyini vurğulayan tədqiqatçılar fizioloji dəyişikliyin evlərin temperaturu, qəbul olunan qidalar da daxil olmaqla ətraf mühit amillər ilə bağlı olduğuna diqqət çəkiblər.

Ona görə də artıq uzun illərdir qəbul olunan qaydalarda hansısa dəyişiklik edib yeni normalar müəyyənləşdirməyə ehtiyac duyulmayıb.

e-tibb.az


Etiketlər:  Bədən hərarəti azalır


RƏYLƏR