Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pompeo Qazaxıstana niyə gəlir?

Pompeo Qazaxıstana niyə gəlir?

Tarix: 2 Fevral 2020 09:56

ABŞ dövlət katibi Mayk Pompeo Qazaxıstana səfəri zamanı ticarət və investisiya məsələlərini müzakirə etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə dövlət katibi "Twitter" səhifəsində xəbər verib.

M.Pompeo yazib: "Barışa, firavanlığa və təhlükəsizliyə dair ümumi öhdəliyə əsaslanan ABŞ və Qazaxıstan arasındakı strateji əlaqələrin əhəmiyyətini bir daha təsdiqləmək üçün Nur Sultanı ziyarət etməkdən məmnunam. Ticarət, investisiya və ölkələrimizin rifahının inkişaf yollarını müzakirə edəcəymizi gözləyirəm".

Bu gün M.Pompeo Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşəcək. Tərəflər ikitərəfli və regional əməkdaşlıq, həmçinin qlobal gündəmin aktual problemlərini müzakirə etmək niyyətindədir. Mayk Pompeonun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev və Respublikanın ilk Prezidenti Nursultan Nazarbayevlə görüşləri planlaşdırılıb.

Milli.Az


Etiketlər:  Pompeo Qazaxıstana niyə gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ